Heydər Əliyev sovet dönəmində Azərbaycanın düşmənləri tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasaydı, bu gün nə Şuşa, nə də digər torpaqlarımız işğal altında olmazdı.

Xezerxeber.az-ın məlumatına görə, bu sözlər ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin Azərbaycanda dini dəyərlərin qorunması və din azadlığı sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Allahşükür Paşazadə bugünkü Azərbaycanın və burda yaranan dini dəyərlərin ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən dəyərli miras olduğuna diqqət çəkib.

Tədbirdə iştirak edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda mövcud olan dini sabitliyin və tolerant cəmiyyət mühitinin məhz ulu öndər tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin nəticəsi olduğunu vurğulayıb.

Konfransda nitq söyləyən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə ulu öndərin hələ sovet dönəmində hakimiyyətə gəlməsi ilə Azərbaycanın inkişafının başlandığını və müasir Azərbaycanın memarının məhz Heydər Əliyev olduğunu bildirib.

Konfransda dini konfessiyaların başçıları, millət vəkilləri iştirak ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO