Azərbaycanda rəsmi səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçin mayın 21-də rəsmi qarşılanma mərasimi olub.

Xezerxeber.az-ın məlumatına görə, prezident İlham Əliyev serbiyalı həmkarını rəsmi mərasimlə qarşılayıb.

Sonra prezident İlham Əliyev ilə Serbiya prezidenti Aleksandr Vuçiç arasında təkbətək görüş keçirilib. Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları qarşılıqlı əlaqlərin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu və bundan istifadə ediləmsinin vacibliyini vurğulayıblar. Sonra müzakirələr geniş tərkibdə davam etdirilib.

Daha sonra isə prezident İlham Əliyev və Serbiya prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması baş tutub.

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı hər iki ölkənin dövlət başçıları tərəfindən imzanıb.

Bundan əlavə, iki ölkə arasında səhiyyə, ədliyyə , kənd təsərrüfatı, beynəlxalq avtomobil daşımaları, hava əlaqələri sahəsində əməkdaşlığı nəzərdə tutan ümumilikdə 6 sənəd imzalanıb. İmzalanma mərasimi başa çatdıqdan sonra isə dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Serbiya əlaqləri strateji tərəfdaşlıq səviyyəsindədir. Beynəlxalq müstəvidə bütün məsələlərdə xüsusi ilə ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə qarşılıqlı dəstək mövcuddur. İqtisadi əlaqlərdən də danışan dövlət başçısı mövcud əməkdaşlığın iki ölkə arasındakı potensialı əks etdirmədiyini vurğulayıb. Müzakirələrdə əsas diqqət mərkəzində olunan məsələlərdən biri də enerji sahəsindəki əməkdaşlıq olub.

Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsinin ticarət əlaqlərtinə, o cümlədən turizmə böyük təkan ola biləcəyini vurğulayan prezident İlham Əliyev bu imkanların dəyərləndirilməsini vacib hesab edib.

Serbiya prezidenti də çıxışında strateji tərəfdaşlıqdan bəhs edərək prinsipal məsələlərdə qarşılıqlı dəstəyin vacibliyinə diqqqət çəkib.

Bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dilə gətirən Aleksandr Vuçiç Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO