Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belarusa rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik N.Sadıkov Belarus müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə Minsk şəhərinə rəsmi səfərə yola düşüb.