Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə Prezident Miloş Zemana təbrik məktubu ünvanlayıb.

Leqal.info-nun xəbərinə görə, təbrikdə deyilir:

“Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.