Leqal.Info

SON DƏQİQƏ

Binəqədidəki yanğına görə 46 məcburi köçkün ailəsi kirayə mənzillərdə yerləşdiriləcək

Binəqədidəki yanğına görə 46 məcburi köçkün ailəsi kirayə mənzillərdə yerləşdiriləcək
13-11-2018, 17:25 41 008 dəfə baxılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Leqal.info-nun xəbərinə görə, məlumatda bildirilib ki, yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, Komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.

Dövlət Komitəsi tərəfindən siyahıya alınma aparılır, yanğın nəticəsində müvəqqəti yaşayış yerinidən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Qeyd edək ki, noyabrın 13-də səhər Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında yanğın baş verib. FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in məlumatına görə, ümumi sahəsi 3600 kvadratmetr olan binanın üçüncü mərtəbəsində otaqların və taxta arakəsmələrin 132, dəhlizin 168, dam örtüyünün isə 20 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.


www.leqal.info

Teqlər: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi köçkün

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

xeberlentiyuxaribanner

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI