Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Belarusda yaşayan azərbaycanlılar, diaspora üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, səfir Lətif Qəndilov tədbirdə çıxış edib.

Səfir qeyd edib ki, Azərbaycan xalqı qarşısında Heydər Əliyevin ən böyük xidməti ondan ibarət olmuşdur ki, uzun əsrlər Azərbaycan xalqının müstəqil dövlət yaratmaq arzusunu gerçəkləşdirə bildi. Səfir qeyd edib ki, zirvəyə qalxmaq və bu zirvədə qalmaq çox çətin məsələdir. Heydər Əliyev öz xalqını müstəqillik zirvəsinə qaldırdı və bu zirvədə xalqı ilə birlikdə dayana bildi. İndi Azərbaycan Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi əsasında İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir və dünyanın hörmət olunan layiqli dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan bölgənin lider dövləti olmaqla dünya məsələlərinin həllində yaxından iştirak edir və ölkəmizin mövqeyi nəzərə alınır. Azərbaycan dünyanın mühüm nəqliyyat və energetika mərkəzinə çevrilib.

Ulu öndərin rəhbərliyi ilə “Əsrin Müqaviləsi”nin imzalandığını və Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğunu xatırladan səfir, bununla Heydər Əliyev tərəfindən müasir Azərbaycanın iqtisadi inkişafının möhkəm təməllər üzərində qurulduğunu bildirib.

Qeyd olunub ki, müasir Azərbaycanın iqtisadi yüksəlişinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatlar Heydər Əliyev vəsiyyətlərinin uğurla yerinə yetirilməsinin təntənəsidir.

Tədbirdə, həmçinin Belarus Azərbaycan İcmaları Konqresinin idarə heyətinin üzvü Rövşən Əliyev, “Qobustan” cəmiyyətinin sədri Baxşı Qənbərov və “Sarı gəlin” rəqs qrupunun rəhbəri Olesya Kosoykina çıxış ediblər.

Sonra ulu öndərin azərbaycançılıq ideologiyasının yaradılması və xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqətindən bəhs edən “Heydər Əliyev dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.
Belarusda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Belarusda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Belarusda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Belarusda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb