Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, Baş nazir Novruz Məmmədov bununla bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Prezident İlham Əliyev Xələf Xələfovun xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.