Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yekdilliklə növbəti dəfə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri seçilib.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, seçki fondun idarə heyətinin Moskvada keçirilən iclasında baş tutub.

Görüşdə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar əməkdaşlıq şurasının sədri, Tacikistan prezidentinin köməkçisi Abducabor Rəhmonzadə və MDB-nin humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər.

P.Bülbüloğlunu təbrik edən M.Şvıdkoy əlavə edib: "Stabillik inkişafa maneə deyil".