Prezident İlham Əliyev 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.

Qanuna əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilir.

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində olub.

Dövlət başçısı 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında Qanunu təsdiqləyib.

Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilir.

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2018-ci ildə ehtiyac meyarı 130 manat təşkil edir.