"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bütün sahələrdə davamlı və çox dinamik inkişaf edir".

Leqal.info “Report”a istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O, Prezident İlham Əliyevlə apardığı danışıqları şərh edərkən bildirib: “Prezident İlham Əliyev Rusiyanın Azərbaycanın ən etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb. Bütün bunları əməldə də sübut etməyin vacibliyi barədə mən də onunla razıyam”.

Federasiya Şurasının sədri görüş zamanı həm iki ölkə arasındakı münasibətlərin, həm də beynəlxalq məsələlərin müzakirə olunduğunu diqqətə çatdırb: “Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bütün sahələrdə davamlı və çox dinamik inkişaf edir. İqtisadi-ticarət, enerji, humanitar sahələrdə əməkdaşlığımızı genişləndirməklə gözəl nəticələr əldə etmişik”.