Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

Heydər Əliyev müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olmuşdur - “El Peruano” qəzeti

Heydər Əliyev müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olmuşdur
11-05-2019, 16:41 75 216 dəfə baxılıb

Perunun rəsmi “El Peruano” qəzetində Azərbaycan Respublikasının tarixində müstəsna xidmətləri olmuş və bu dövlətin qurulmasında əsas rol oynamış ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş məqalə dərc edilmişdir.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, məqalədə qeyd edilir ki, Heydər Əliyev təkrarsız bir lider, güclü dövlət başçısı, fədakar insan, müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi bir şəxsiyyət olmuşdur.

Qeyd edilir ki, Heydər Əliyev müasir Azərbaycan tarixini yaratmış liderdir. Tarix onu güclü dövlət başçısı, dövlət quruculuğu yolunda öz üzərinə ən ağır tarixi məsuliyyəti götürmüş fədakar və unikal şəxsiyyət kimi xatırlayır.

Bildirilir ki, məhz Heydər Əliyev müasir Azərbaycan dövlətinin tarixinin ən dramatik dövründə ölkəyə rəhbərlik etmiş, onun nailiyyətlərinin və tərəqqisinin əsasını qoymuşdur. Öz sarsılmaz əqidəsi və tarixi müdrikliyi sayəsində Heydər Əliyev Azərbaycan xalqının müstəqillik arzusunu həyata keçirməyə nail olmuşdur. Onun çoxtərəfli siyasəti dövlət strategiyasına çevrilmiş və dünyanın bir çox ölkələri ilə konstruktiv əlaqələr qurulmuşdur.

Məqalədə göstərilir ki, siyasi sabitliyə nail olmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin təməlini qoymuşdur. O, istehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb edilməsi üçün anti-böhran proqramı hazırlayıb və həyata keçirmişdir. 1994-cü ildə Bakıda dünyanın neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" daxili mühitin sabitliyi və xarici siyasətin uğurlu olması üçün mühüm rol oynamışdır.

Sonda qeyd edilir ki, müasir Azərbaycanın tarixi əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqı böyük bir liderin xatirəsini hörmətlə yad edir. Bütün həyatını Vətənə həsr edən Heydər Əliyev həmişə xalqına şərəf və ləyaqətlə xidmət etmişdir.
Heydər Əliyev müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olmuşdur


www.leqal.info

Teqlər: Ümummilli Lider Heydər Əliyev, “El Peruano” qəzeti

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI