Leqal.Info

SON DƏQİQƏ

10:50 - Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - Jurnalist

10:30 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB - FOTO

10:14 - Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır - Məhərrəm Əliyev

10:00 - Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım etdi

09:39 - Milli inkişaf strategiyasının müəllifi

00:40 - Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm - Birinci vitse-prezident Mehriban Əliyeva

00:02 - Ümummilli lider Heydər Əliyevin vəfatından - 16 il ötür

22:19 - Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

22:18 - Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə - imza vərəqələri verildi

22:08 - MSK ilk dəfə olaraq bütün seçki məntəqələrini - çip oxuyan cihazlarla təmin edəcək

21:08 - Parlament seçkilərində iştirak etmək üçün 50 nəfərə yaxın şəxs müraciət edib

21:01 - Bakıda övladlarına işgəncə verən valideyn - həbs edildi

20:53 - “EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

19:00 - "Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb" - Səməd Qurbanov

18:43 - Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlarını ölkə iqtisadiyyatına fəal şəkildə - sərmayə yatırmağa çağırdı

“Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb” - YAP-çı deputat

“Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”
22-05-2019, 15:42 50 127 dəfə baxılıb

“Jurnalist Fuad Abbasov Rusiya ərazisində saxlanılmasına zəmin yaradacaq cinayət hadisəsi törətməyib”.

Leqal.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev deyib.

YAP-çı deputat bildirib ki, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən qeyri-hökumət təşkilatları, jurnalist qurumları bu məsələ ilə bağlı səslərini qaldırmalıdır:

“O, hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıb. Azərbaycanın mövqeyini Rusiya ictimaiyyətinə obyektiv çatdıran bir insandır. Təbii ki, Vətənini, millətini, dövlətini sevən hər bir azərbaycanlı ölkəsinin maraqlarına xidmət etməlidir. Çox təəssüflər olsun ki, qanı erməni qanına qarışmış və Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə Fuad Abbasov saxlanılıb. Moskvada ermənilərin azərbaycanlıların adından danışması təhqiredicidir. Çünki Fuad Abbasov jurnalistdir. Onun istənilən hadisəyə öz baxışı və öz mövqeyi ola bilər”.

Depuat Diasporla İş üzrə Dövlət Komitəsini F.Abbasovu müdafiə etməyə çağırıb: “Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kifayət qədər vətənpərvər şəxsdir. Ümid edirəm ki, Fuad Abbasovun başına gələnlərlə bağlı Dövlət Komitəsi də öz mövqeyini qəti və açıq şəkildə ortaya qoyacaq. Çünki Fuad Abbasov öz müsbət hərəkətləri ilə hər zaman vətənpərvərliyini sübut edib. Ona görə də biz onu müdafiə etməliyik. Çox yaxşı olardı ki, Fuad Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının birləşdirilməsi və koordinasiyası ilə məşğul olsun. Fuad Abbasova Azərbaycana deportasiya olunmazdan öncə hər hansı məsləhət verməyim düzgün sayılmaz. Onun deportasiya olunduqdan sonra burada hansı fəaliyyətlə məşğul olacağı öz istəyindən asılı olacaq”.

Qeyd edəki, F.Abbasov mayın 18-də məhkəmənin qərarı ilə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya ediləcəcəyi gözlənilir.


www.leqal.info

Teqlər: Fuad Abbasov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI