Leqal.Info

SON DƏQİQƏ

"Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq" - YAP sədrinin müavini

13-06-2019, 16:18 75 061 dəfə baxılıb

Hakim Yeni Azərbaycan Partiyasının qərargahında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

"Leqal.info" xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, deputatlar, YAP üzvləri və gənclər iştirak ediblər.

Ə.Əhmədov bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sürükləyən, parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar bu gün böhtanlar atmaqla, reallıqları təhrif etməklə Azərbaycanın gənc vətəndaşlarında yanlış təsəvvür yaratmağa çalışırlar.

Onun sözlərinə görə, Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq: “Hər bir inkişaf Azərbaycanda mərhələlərlə gedir. İnsanların həyatı əhəmiyyətli dərəcədə dəyişir. Eyni zamanda biz böyük bir inkişafın astanasında dayanmışıq. İnsanların həyatının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev bu il müxtəlif sərəncamlar imzalayıb. Azərbaycan hökumətinin gündəliyində də insanların həyatının yaxşılaşdırılması durur”.

Daha sonra YAP rayonlar üzrə gənclər birliklərinin sədrləri mövzu ətrafında çıxış ediblər.


www.leqal.info

Teqlər: Əli Əhmədov, YAP, Yeni Azərbaycan Partiyası

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

xeberlentiyuxaribanner

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI