Prezident İlham Əliyev Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"Leqal.info" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.