Leqal.Info

SON DƏQİQƏ

"Azərbaycan qadın hüquqları və bərabərliyi sahəsində digər ölkələrə nümunə ola bilər" - BMT rəsmisi

10-07-2019, 14:43 52 658 dəfə baxılıb

"Azərbaycan davamlı inkişaf və sosial ədalət quruculuğu naminə qadın hüquqları və bərabərliyi sahəsində əldə etdiyi uğurlarla digər ölkələrə nümunə ola bilər".

Bunu "Report"un Fransa bürosuna BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin vitse-prezidenti, Fransanın bərabərlik məsələləri üzrə keçmiş naziri Nikol Amelin (Nicole Ameline) deyib.

O, qadın hüquqları sahəsində Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib: "Azərbaycan bu sahədə böyük irəliləyişlər əldə edib. Davamlı inkişaf fonunda, xüsusilə də iqlim məsələləri və iqtisadiyyatın inkişafı naminə qadınlarla kişilər arasında bərabərlik bu gün ən vacib dəyərlərdən birinə çevrilib. Qadınların hüquqları öz-özlüyündə təkcə bir məqsəd deyil, bu həm də ədalətli inkişafa nail olmaq üçün bir vasitədir. Qadınlar sülhün yaradılması və bərpa olunması üçün həyata keçirilən işlərdə yaxından iştirak etməlidirlər".

N.Amelin Azərbaycanda qadınların səsvermə hüququndan da danışıb: "Azərbaycanda qadınlara səsvermə hüququ digər ölkələrdən əvvəl verilib. Azərbaycan möhtəşəm tarixə malikdir. Qadınlara seçki hüququnun verilməsinin 100 illiyi buna bariz nümunədir".

BMT rəsmisi Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlara da toxunub: "Azərbaycan digər ölkələrlə əməkdaşlığa açıq ölkədir. Azərbaycanla Fransa arasında çox sahədə, habelə təhsil sahəsində ikitərəfli əməkdaşlıq inkişaf edir. Hazırda BMT qadınlarla kişilər arasında bərabərliyin 50 faizə çatdırılmasını hədəf kimi qarşıya qoyub. Buna nail olmaq çox çətindir. Lakin Fransa buna nail olub. Bunun üçün həvəsləndirici tədbirlər, fəaliyyət planı olmalıdır. Bu sahədə Fransa ilə Azərbaycan daha yaxından əməkdaşlıq etməli, təcrübə mübadiləsini artırmalıdır".


www.leqal.info

Teqlər: Nikol Amel, BMT Rəsmisi, qadın hüquqları və birliyi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI