Zaqatala rayonunun Kəpənəkçi kəndində canavarların mal-qaraya hücum etməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin əraziyə göndərilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda vəziyyət araşdırılır:

"Zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək".