Bakıda sərnişin avtobusu qəza törədib.

"Leqal.info" xəbər verir ki, hadisə Nizami rayonunda, "8-ci kilometr bazarı"nın yaxınlığında qeydə alınıb.

"90-VS-438" dövlət nömrə nişanlı, 49 saylı sərnişin avtobusu arxadan "90-XO-187" dövlət nömrə nişanlı, 105 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtobuslara ziyan dəyib.