Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

Leqal.info “Report”a istinadən xəbər verir ki, o, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Xatırladaq ki, hadisə bu gün Mətbuat küçəsi 36 ünvanında qeydə alınıb. Həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

İki tələbənin müalicəsi davam edir.

*** 14:03

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

Səhiyyə Nazirliyindən "Report"a məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicəsi davam edir.