Masallıda 3,4 bal gücündə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Leqal.info-ya verilən məlumata görə, yerli vaxtla saat 12:32-də Lənkəran stansıyasından 34 km şimal-şərqdə Masallı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb. Yeraltı təkanların dərinliyi 36 km olub.