"Leqal.info" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var:
"Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər".