Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

"Leqal.info" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Leqal.info”ya faktı təsdiqləyib.