Daxili İşlər Nazirliyindən "Leqal.info"ya verilən məlumata görə, avtomobillərdən 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd ediblər.
Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə 1 nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.