Nazirlikdən "Leqal.info"ya verilən məlumata görə, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. https://sosial.gov.az/post/3320
Bildirilib ki, aprelin 12-dən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.
İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini https://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.