"Leqal.info" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.
S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək:
"Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq".