Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş göstəriciləri açıqlanıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirdikləri brifinqdə açıqlayıb.

Sədr bildirib ki, 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.

Onun sözlərinə görə, Azərbaycanda xarici vətəndaşlar arasında yoluxma 13.16% təşkil edir. Virusa yoluxanların 50 faizdən çoxu Bakıda qeydə alınıb:

"İndiyədək Azərbaycanda koronavirusa qarşı 114 410 test icra edilib. Koronavirusdan müalicə edilən aktiv xəstələrin sayı 558, reanimasiyada müalicə alan xəstələrin sayı 20 nəfərdir. Onlardan 7 nəfəri süni tənəffüs aparatına qoşuludur".

R.Bayramlı əlavə edib ki, ümumi yoluxma hallarının 3,5 faizi Sumqayıt şəhərinin payına düşüb. Bakının Binəqədi və Yasamal rayonlarının payına daha çox yoluxma faktı düşür.