Deputatın təşəbbüsü ilə maddi durumu zəif olan insanlara ərzaq payı çatdırılıb

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən millət vəkili seçilmiş Etibar Əliyevin koronavirus pandemiyası dövründə aztəminatlı seçicilərinə yardımları davam edir. Bu barədə "Leqal.info" informasiya portalına sözügedən dairədən deputatlığa keçmiş namizəd Pərvin Mahmudov məlumat verib. O bildirib ki, hörmətli millət vəkili bütün seçicilərinin problemlərinə yüksək həssaslıqla yanaşır və onların həlli istiqamətində lazım olan addımları atır: “Bilirsiniz ki, bütün dünyada tüğyan edən Covid-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə də ciddi önləyici tədbirlər həyata keçirilməkdədir. Məhz vaxtında görülən işlərin nəticəsidir ki, virus ölkəmizdə geniş yayılmayıb. Pandemiya dövründə insanların bir olması, aztəminatlı ailələrə ərzaq yardımları aparması alqışlanası addımdır. Millət vəkili Etibar Əliyev pandemiya dövründə onlarla ailəyə ərzaq yardımı göndərib. Yardımla bağlı Yeni Günəşli və Qaraçuxur qəsəbəsinin aztəminatlı sakinlərinin etdiyi bütün müraciətlərə cənab deputat dərhal reaksiya verir”. Pərvin Mahmudov onu da deyib ki, Etibar müəllimin təşəbbüsü ilə bu gün adıçəkilən qəsəbələrin maddi durumu zəif olan 50-yə yaxın ailəsinə ərzaq yardımı paylanıb: “Bu insanların arasında şəhid ailələri, Qarabağ qaziləri, əmək əlilləri, tənha və ahıl şəxslər də var idi. Mən bu yardımları təqdim etdiyim bütün ailələrə Etibar müəllimin salamlarını çatdırdım. Deputatın adından onlardan xahiş etdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qadağalara əməl etsinlər və evdə qalsınlar. Yardım alan hər kəs deputatın bu nəcib təşəbbüsünü yüksək qiymətləndirərək ona təşəkkür etdilər”. Qeyd edək ki, millət vəkili Etibar Əliyev bu və digər problemlərlə bağlı ona müraciət edən seçiciləri ilə onlayn görüşlər keçirir və lazımi köməklik göstərir.
Etibar Əliyev aztəminatlı ailələrə yardımlarını davam etdirir