Leqal.Info

SON DƏQİQƏ

Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başladı - Rəsmi

Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başladı
23-05-2020, 17:38 18 883 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Emin Hüseynovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Leqal.info”nun xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik edtiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 20-də baş verib.

Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni N.Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Emin Ədalət oğlu Hüseynov törədib.

Belə ki, evdə ər və arvad arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.

E.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI