“Leqal.info” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri bildirib ki, hazırda xəstəxanada 3 487 nəfər müalicə alır: “136 nəfər reanimasiya şöbəsində, 20 nəfər süni tənəffüs aparatına qoşulub. Ümumi xəstələr içərisində orta-ağır xəstə var ki, onlar reanimasiya şöbəsində deyillər”.