Leqal.Info

SON DƏQİQƏ

Azərbaycanda həkim koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda həkim koronavirusdan dünyasını dəyişdi
28-06-2020, 18:10 45 274 dəfə baxılıb

Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.

“Leqal.info” xəbər verir ki, deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.

Deputat qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI