Leqal.Info

SON DƏQİQƏ

Maştağa sakini su istəyir, “Azərsu" ASC ittiham edir

Maştağa sakini su istəyir, “Azərsu
29-06-2020, 14:13 39 993 dəfə baxılıb

Maştağa qəsəbə sakinləri susuz qalmalarından şikayətçidirlər.

Bu barədə “Leqal.info”ya qəsəbə sakini məlumat verib.

Şikayətçi Maştağa qəsəbəsi Nizami küçəsi, döngə 6 ev 10-da bir aydan çoxdur ki, su gəlmədiyini bildirib:

“Yayın qızmar vaxtında maşınla su alırıq, o da bəs etmir. Bu karantin günlərində evdə susuz qalmışıq. Dəfələrlə “Qaynar xətt”ə zəng vurmuşuq. Amma baxan yoxdur. Qəsəbədə internat adlanan əraziyə yeni su xətti çəkilib, sayğac qoyulub. Amma bizim məhəllə susuz qalıb. Maşınla su alırıq, o da bəs etmir".

Məsələ ilə bağlı “Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə "Report"a bildirib ki, şikayətçi vətəndaş “Azərsu”nun abonenti deyil:

“Heç bir qeydiyyatları yoxdur. Sudan qeyri-qanuni istifadə ediblər. Araşdıracağıq, qanunla imkan varsa, su veriləcək, əks halda onların suyu kəsiləcək. Gərək rəsmi şəkildə ya “Azərsu" ASC-yə, ya da "ASAN Kommunal"a müraciət etsinlər".


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI