İyulun 24-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9037 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 667 min 819-a çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7365-ə bərabərdir. Xəstələrdən 335 nəfəri reanimasiyadadır ki, onlardan da 69-u süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 24-də Azərbaycanda koronavirus infeksiyasına daha 332 yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.