Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı ETSN-yə daxil olan məlumat yerində araşdırılıb

"Leqal.info" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "İNV" MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib.
Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan “məcburi göstəriş" verilib.
“Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər”.

Ağacın dibi betondan təmizlənib Ağacın dibi betondan təmizlənib