Tibb elmləri doktoru Vladimir Nikiforov müsahibəsində qripə qarşı peyvənddən imtina etmənin eyni vaxtda həm qrip, həm də koronavirus infeksiyasına səbəb ola biləcəyini söyləyib.

Leqal.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri qrip peyvəndinin tam təhlükəsiz olduğunu qeyd edib.

“Qripə qarşı peyvənd vurdurmasanız, eyni zamanda həm qripə, həm də koronavirusa yoluxma ehtimalı yaranır. Tibbi maska ​​taxaraq sosial məsafəni qoruyun. Eyni zamanda, iş yerlərində infeksiya ehtimalını azaltmaq üçün hər cür şərait yaradılmalıdır”, - həkim vurğulayıb.