"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında" qərarda dəyişiklik edilib.

Leqal.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda "Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə" sözləri "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə" sözləri ilə və "təyin" sözü "müəyyən" sözü ilə əvəz edilib.

Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib.

Ödəniş dövlət büdcəsinin "Bədən tərbiyəsi və idmanın təşkili" bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək.