“Azərbaycan COVİD-19 vaksini ilə bağlı prosesləri yaxından izləyir”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, indidən hansı vaksinin uğurlu olacağını demək, yaxud nə zaman hazır olacağını bildirmək mümkün deyil: “Ölkə olaraq bütün proseslərin iştirakçısıyıq, hansı vaksin təsdiqlənərsə, əmin olun ki, onu ölkəmizə gətirəcəyik. Rusiyada hazırlanan vaksinlə bağlı beynəlxalq mütəxəssislərin rəyi hazırlanır. Təsdiqlənərsə, Azərbaycan da bununla bağlı düşünə bilər”.