“Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyinin “Texnologiyada Qadın Hərəkatı” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması və bu sahədə problemlərin həllinə dair təşəbbüslər mövzusunda 7-ci KOBİA ilə birgə qrant müsabiqəsinin qalibi olmuşdur. Süni intellekt əsasında fəaliyyət göstərən sistem sahibkarlıq və biznes faəliyyəti ilə məşğul olmaq istəyən qadınlara hüquqi, psixoloji, biznes planların hazırlanmasına və onlayn məhsulların satışlarını həyata keçirməsinə dəstək göstərəcək. Sistemdə hər bir qadına məxsus profil olacaqdır ki, öz maraq dairəsinə uyğun olaraq hüquqi, sosial, təhsil, iqtisadi məlumatlar ala bilər, bu sahədə mütəxəssis olan əməkdaşlarımızla canlı ünsiyyət qurmaq imkanı, əl əməyini, biznes imkanlarını, intellekt məhsullarını onlayn formada satışını həyata keçirə bilər.Qeyd etmək istərdik ki, mütamadi olaraq bölgələrdə təşkilatımız treninq və təlimlərin keçirilməsini nəzərdə tutur. WWW.TEXNOQADIN.AZ