Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 16.08.2017-ci il tarixdə saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Bu barədə Leqal.info-ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat daxil olub.

Qəbula yazılmaq istəyən vətəndaşların 14.08.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə,  bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edəcək
Leqal.info