Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında, Qara Qarayev prospektində yerləşən obyekt sahibləri "Ölkə.Az"a müraciət ediblər.

Sahibkarlar bildirirlər ki, iki gündür ərazidə yeni obyektin tikintisinə başlanılıb və xeyli tikinti materialı onların obyektinin qarşısına tökülüb:

"Tikinti materiallarını obyektin qarşısına töküblər. Həm də avtomobillərin hərəkətinə mane olur. Kimə müraciət edəcəyimizi bilmirik. Əgər kimsə özünə obyekt tikdirirsə, digərlərini də nəzərə almalıdır. Çünki biz bura yüksək məbləğdə icarə haqqı ödəyirik. Bir gün alver pis olanda aylıq xərclərə ciddi təsir göstərir. Həmçinin burada yaşıllıq məhv edilir, ağaclar kəsilir".

Şikayətçiləri Qara Qarayev prospekt 59 ünvanından göndərdiyi foto və videonu təqdim edirik.
Metronun qarşısına tikinti materialları töküb ağacları kəsdilər, narazılıq yarandı
Leqal.info

VİDEO