Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Leqal.info