Ötən gün axşam saatlarında başlayaraq, Qaraçayda suyun səviyyəsinin artması Xaçmaz və Quba rayonlarında bir sıra fəsadlara yol açıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazda Qaraçay-cek kəndilə Aşağı Zeyid kəndlərini birləşdirən körpü uçub. Çayda suyun səviyyəsinin artması nəticəsində Qaraçay-cek 7 evin həyətini su basıb.

Qubada da güclü sel nəticəsində Nügədi kəndini qazla təmin edən boru sıradan çıxıb. Bəzi ərazilərdə elektrik xətləri qırılıb, elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Leqal.info