Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, prezident İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib.

Məktəb 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb.

Məktəbin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib.

Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə tanış olub.

Prezident məktəbdə yaradılan “Eko sinif”lə də tanış olub. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb.

Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.

Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.
Bakıda 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib