Bu gündən Bakıda 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BIHE 2017) öz işinə başlayıb.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, açılışda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, payız aylarında Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi artıq ənənəyə çevrilib. O deyib ki, ölkədə sosial sahədə aparılan islahatların ən mühüm hissəsi səhiyyənin inkişafıdır: “Bu ildən islahatların mühüm hissəsi olaraq icbari tibbi sığortanın pilot layihəsi həyata keçirilib. Uzun illərdir ölkədə keçirilən səhiyyə sərgisi də bu sahədə islahatların aparılmasına, təcrübə mübadiləsinə öz töhfəsini verib. Bu il 19 ölkədən 100-dən çox şirkət sərgidə iştirak edir və onların sayı ildən-ilə artır”.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, belə sərgilərin keçirilməsi xarici və yerli şirkətlərin qarşılıqlı əməkdaşlığına müsbət təsir edir.

“İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd edib ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha səmərəli olmasına kömək edir: “Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər”.

Qeyd edək ki, iki gün davam edəcək 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BIHE 2017) ilə paralel olaraq 2 sərgi - 11-ci Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi və 12-ci Azərbaycan beynəlxalq stomatologiya sərgisi də keçirilir.
Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi başlayıb