Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Samux şəhərində Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının və Gəncə şəhərinin sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçiriib.

APA-nın qərb bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 90, digər məsələlərlə bağlı müraciət etmiş 62 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edib

Leqal.info