2017-ci ilin I yarısında Respublika Hərbi Prokurorluğu tərəfindən qeydə alınmış korrupsiya xarakterli cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az olub.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bu, baş prokurorun müavini – hərbi prokuror Xanlar Vəliyevin Xalq qəzetində dərc olunan “Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir” başlıqlı məqaləsində əksini tapıb.

Qeydə alınmış korrupsiya cinayətləri ilə bağlı 63 şəxs barəsində 51 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə qeydə alınmış korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərinin sayı 34,2 faizi, rüşvət alma və rüşvətvermə cinayətlərinin sayı 25,6 faizi azalıb, qeydə alınmış mülkiyyət cinayətləri isə 8 faizi artıb.