Bakıda Hindistan vətəndaşları qəzaya düşüblər.

Leqal.info Qafqazinfo-ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Venugopal Krishnakumarın idarə etdiyi “Nissan Sunny” markalı, 10 PT 480 nömrəli avtomobillə Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Qorqud Hikmət oğlu Məmmədlinin idarə etdiyi “Toyota” markalı, 99 AA 446 nömrəli avtomobil toqquşub.

Nəticədə, V. Krishnakumar və sərnişini, 1983-cü il təvəllüdlü Mangalath Prethy Ullas xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Tibbi yardım aldıqdan sonra buraxılıblar.