“9 yaşım olanda anam ayağımı zəncirə vururdu. Sonra ayağıma bıçaqla xəsarət yetirmişdi. İzi hələ də qalıb”

Leqal.info A24.Az-a istinadən xəbər verir ki, "Xəzər" TV-də yayımlanan “Səni Axtarıram” verilişinə gələn Gülnar anası ilə dayısının onu evə buraxmadıqlarını iddia edib.

“Anam Türkiyədə yaşayırdı, Bakıya gəldi. İndi dayımla anam o evdə qalırlar, məni evə buraxmırlar. Halbuki, mən o evdə yaşayırdım. O evi biz anamla birlikdə tikmişdik”, – deyə Gülnar bildirib.

Həmin görüntüləri təqdim edirik:

VİDEO