Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

04 oktyabr 2017 - 22:30

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli üçün ayrılan vəsait artırılıb

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarı artırılıb.



Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” 2017-ci il 10 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dövlət Neft Fondunun büdcəsində 2017-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər 15 milyon manat artırılıb və 90 milyon manatdan 105 milyon manata çatdırılıb.
Oxunma sayı:133

PAYLAŞ:


Açar sözlər:Qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli üçün ayrılan vəsait artırılıb

Bağla X