Bakının Kürdəxanı qəsəbəsində yolun kənarına xeyli sayda vaxtı keçmiş ərzaq məhsulu atılıb.

Leqal.info
Xezerxeber.az-a istinadən bildirir ki, söhbət xüsusilə uşaqların marağını çəkən şirin qarğıdalı, şokolad və şokoladlı peçenye kimi məhsullardan gedir. Bu vəziyyət məhz uşaqlar üçün təhlükəlidir. Hər an zəhərlənmə riski olan bu məhsullar hazırda ərazidə qalmaqdadir.
Ərazidə yaşayan uşaqlar deyirlər ki, iki gün əvvələ qədər orda bu şirniyyatlar daha çox olub. Yarıdan çoxunu qəsəbədəki uşaqlar yeyiblər. Sonradan məlum olub ki, məhsulların istifadə müddəti bitib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istifadə müddəti bitmiş məhsullar yığılaraq Balaxanı zibil emalı zavoduna verilməli və xüsusi qaydada həmin zavodda yandırırlaraq məhv edilməlidir. Qida mütəxəssisinin sözlərinə görə, bunu etməyən sahibkarı 200 manatdan başlayaraq cərimələr gözləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO