Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Nazirlər Kabinetinə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.