İlkinTalıbov: “Hara getdimsə, məni oradan qovdular…”
Son günlər sosial şəbəkələrin əsas gündəmində olan mövzulardan biri də Füzulidə erməni snayperindən açılan atəşlə iki gözünü itirmiş birinci qrup əlil İlkin Talıbovun üzləşdiyi qanunsuzluqlardır.
Qeyd edək ki, həm də Füzuli köçkünü olan İlkin Talıbov yaşamağa ona ev verilməməsindən narazıdır.
İlkinin yaralı fotolarını sosial şəbəkədə paylaşanlar isə buna görə, hökuməti tənqid atəşinə tutur.
Gununsesi.info-nun baş redaktoru və əməkdaşları dünən İlkinin Sabunçu rayonunda məskunlaşdığı bibisi evində ona baş çəkiblər.
Bacısının köməkliyi ilə hərəkət edən İlkin bizimlə salamlaşdıqdan sonra ilk sözü barəsində mediada və sosial şəbəkələrdə yazılanlarla bağlı oldu: “Hər kəsə təşəkkür edirəm ki, mənim durumumla maraqlanıb, vətəndaş mövqeyi ortaya qoyurlar. Amma yaxınlarım mənə dedi ki, bu faktdan Prezident əleyhinə də istifadə edənlər var. Mən xahiş edirəm ki, belə olmasın. Prezident məni Gülhanəyə göndərib, əməliyyat olunmuşam. Üzümün bir hissəsi yox idi, bərpa elədilər. Aylıq təqaüdlərim verilir. Amma prezident haradan bilsin ki, aidyyatı qurumlar məni evsiz qoyub. Prezidentin hər bir fərdlə, hər bil əlillə şəxsən maraqlanmaq imkanı yoxdur”.
Bununla belə İlkin aidiyyatı qurumlardan narazılığını da ifadə etdi: “İlk belə laqeyidliyi Gülhanəyə gedəndə gördüm. Buradan yaşlı əmim mənim qoluma girib, aparırdı. O zaman bizim Ankaradakı səfirlikdən dedilər ki, əminin gəlməsinə ehtiyac yoxdur. Amma yenə də o məni apardı. Biz Ankaraya gedəndə hava limanında kimsəsiz qaldıq. Səfirliyin əməkdaşlarının o qədər laqeyidliyi oldu ki, hətta Gülhanənin əməkdaşları belə bunun fərqinə varıb, suallar verdilər”.
İlkin deyir ki, Ankarada səfirliyin bu laqeyidsizliyi o həddə olub ki, hətta sənədləşməsini belə düzgün tərtib etməyiblər: “Biz orada çox qaldıq. Qayıdanda isə Türkiyə tərəfi müəyyən olunmuş müddətdən artıq olduğumuza görə, bizə cərimə yazdı. Halbu ki, səfirlik bu məsələni zamanında həll etməli idi”.
Hazırki durumundan danışan İlkin Talıbovun hökumətdən tək istəyi başını salmağa kiçik də olsa bir mənzilinin olmasıdır: “Xaçmazda bir dəfə də olsun icra başçısı Şəmsəddin Xanbabayevin qəbuluna girə bilmədim. Müavinlər dəhlizdə yanımdan keçərkən gözlərimin görməməsindən istifadə edib, səslərini çıxarmırdılar ki, onlara müraciət edim.
1993-cü ildən Xaçmazda yaşayırıq. Amma bu illər ərzində bir dənə mənzil verilmədi. İndi isə mənim bu durumum ailəmi də çıxılmaz vəizyyətə salıb. Heç olmasa bir ev versinlər və məni ailəm normal şəkildə saxlaya bilsin. Qohum olsalar da başqasının evidir. Burada bibim evində yaşayırıq. Bacım qulluq edir. Mənə görə işləyə bilmir. Çox sağ olsunlar, evlərinin qapısını açıblar. Amma nə qədər doğma olsalar da çətindir”.
Sonda İlkin Gununsesi.info vasitəsilə Azərbaycan Prezidentinə, ölkənin birinci vitse-prezidentinə, əmək və əhalinin sosial müdafiəsi nazirinə, müdafiə nazirinə, habelə “Qaçqınkom” sədri Əli Həsənova müraciət edərək, mənzillə təmin olunmasına yardım etmələrini xahiş edib.
İKİ GÖZÜNÜ İTİRƏN QAZİMİZ AİDİYYATI ORQANLARDAN NARAZIDIR
İKİ GÖZÜNÜ İTİRƏN QAZİMİZ AİDİYYATI ORQANLARDAN NARAZIDIR
İKİ GÖZÜNÜ İTİRƏN QAZİMİZ AİDİYYATI ORQANLARDAN NARAZIDIR
Leqal.info